Türk lirəsini ucuzlaşdırıb, rus rublunu bahalaşdıran İLGİNC SƏBƏBLƏR – AÇIQLAMAbackend

Türk lirəsini ucuzlaşdırıb, rus rublunu bahalaşdıran İLGİNC SƏBƏBLƏR - AÇIQLAMA

Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir. Hər ölkədə proseslərin öz səbəbləri var.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli fikir səsləndirib. O bildirib ki, Türkiyədə lirənin minunun səviyyəyə düşməsinin bir neçə səbəbi var:

1) Türkiyənin xarici ticarətdə mənfi saldosu;

2) Turizmdən gələn gəlirlərin kəskin azalması;

3) Türkiyədə Mərkəzi Bankın müstəqilliyinin əlindən alınması;

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, Rusiyada rublun ciddi dəyər qazanmasını görürük: “Bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı, bunun da 2 əsas səbəbi var:

1) Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması;

2) Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması;

Məntiqlə Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. Lakin Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*