“Türk qoşunu gəlsə də, biz yerimizdə möhkəm qalacağıq” – Qarabağ separatçısıbackend

"Türk qoşunu gəlsə də, biz yerimizdə möhkəm qalacağıq" - Qarabağ separatçısı

“Türk öz qoşunu ilə gəlsə də, biz yerimizdə möhkəm qalacağıq”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçısı, aktyoru və rejissor Kajik Arutyunyan deyib.

Xəbər verdiyimiz kimi, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan bugünlərdə açıqlama verib.

Arutyunyan deyib: “Azərbaycan tərəfi bizə çatdırdı ki, ya inteqrasiya siyasətini qəbul edin, ya da, sərt və kəskimn addımlar atılacaq”.

Kajik Arutyunyan Arayik Arutyunyanın açıqlamasına münasibət bildirib.

“Bu, sadəcə söhbətdir. Qarabağ xalqı həmişə öz mövqeyində dayanıb. Ona görə də nə istəyirlər desinlər, danışsınlar, fərqi yoxdur, Biz öz qərarımızdan geri çəkilməyəcəyik, xəttimizi irəli aparacağıq.

Bütün dünya bizdən çəkilsə də, tək qalsaq da, türk ordusu gəlsə də, qılıncını çəksə də, hamını qırsa da, biz öz yerimizdə möhkəm qalacağıq.

Gedənlər ola bilər. Hər yerdə qeyri-vətənpərvər insanlar var, amma insanların ümumi əhval-ruhiyyəsi normaldır.

Biz hər şey edəcəyik. O açıqlamaları ciddi qəbul edən yoxdur. İşə gedirik, gəlirik, tamaşalarımıza tamaşaçılar gəlir. Onların sülh müqaviləsinə inanan yoxdur”, – deyə Arutyunyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*