Türk tankları İdlib əyalətinə girdibackend

Türk tankları İdlib əyalətinə girdi

Bazar günü Türkiyə hərbi texnikasının bir karvanı Suriya ilə sərhədi keçərək İdlib əyalətinə girib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Məlumata görə, hərbi karvana tanklar, zirehli maşınlar və sursat olan nəqliyyat vasitələri daxildir. Türkiyə-Suriya sərhədini keçən karvanda dəqiq neçə texnikanın olduğu bilinmir.

Demək olar ki, bu xəbərlə eyni vaxtda “Al Mayadeen” telekanalı İdlib və Hələb əyalətlərində yerləşən Suriya silahlı müxalifətinin hərbçilərinin Hələb əyalətinin şimalında yerləşən Türkiyə ilə sərhəddəki Afrin bölgəsinə ailələrini daşımağa başladığını bildirib.

Suriya ordusunun İdlibin cənubunda sürətlə irəliləməsi Türkiyənin narazılığına səbəb olub.

“Əl Arabiya” telekanalı fevralın 2-də Türkiyənin 195 hərbi texnikasının Suriya ilə sərhədi keçdiyini bildirmişdi. Bazar ertəsi günü daha bir hərbi karvan İdlib vilayətinə girdi.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu çərşənbə axşamı günü İdlibə hərbi yardım göndərilməsini Türkiyənin 12 müşahidə postunun gücləndirilməsi ilə əlaqələndirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*