Türkiyə Avropa Çempionatına ev sahibliyi etmək niyyətindədir – MÜRACİƏTbackend

Türkiyə Avropa Çempionatına ev sahibliyi etmək niyyətindədir - MÜRACİƏT

Türkiyə Futbol Federasiyası 2028-ci il Avropa Çempionatına ev sahibliyi etmək üçün Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəsmi müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Federasiyanın yaydığı məlumatda deyilir.

Qeyd edək ki, martın 23-ü Avropa çempionatına ev sahibliyi etmək niyyəti barədə bildirişin UEFA-ya təqdim edilməsi üçün son tarixdir. Aprelin 7-də isə turnirə namizədlər açıqlanacaq. 2028-ci il Avropa çempionatının ev sahibliyi edən ölkənin adının 2023-cü ilin sentyabrında müəyyənləşəcəyi gözlənilir.

Yeri gəlmişkən, çərşənbə günü məlum olub ki, Rusiya Futbol İttifaqı 2028 və ya 2032-ci illərdə Avropa çempionatının bu ölkədə keçirmək niyyəti barədə bəyannamə təqdim edib. Böyük Britaniya və İrlandiya da 2028-ci ildə keçiriləcək turnirə ev sahibliyi etmək üçün iddialıdır.

Məlumat üçün bildirək ki, Türkiyə tarixində heç vaxt Avropa çempionatına ev sahibliyi etməyib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*