Türkiyə Rusiyanı qüvvələrini dərhal Ukraynadan çıxarmağa ÇAĞIRDIbackend

Türkiyə Rusiyanı qüvvələrini dərhal Ukraynadan çıxarmağa ÇAĞIRDI

Ukraynadaki müharibə qalibi olmayan bir müharibədir, başlamamalı idi və dərhal bitməlidir.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu təşkilatın Ukraynaya həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O, Rusiyanın bu müharibə ilə beynəlxalq hüququ açıq şəkildə pozduğunu qeyd edərək, yaranan vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.

“Lakin bu diplomatik təşəbbüslər bir tək ölkənin (Türkiyənin – red.) imkanları xaricindədir. BMT sülh quruculuğundan kənarda qala bilməz və diqqətini yalnız humanitar yardıma kökləyə bilməz. Beynəlxalq ictimaiyyətin gələcək nəsilləri müharibə bəlasından xilas etmək öhdəliyi var”, – o deyib.

Səfir Sinirlioğlu Rusiyanı hücumları dayandırmağa, bütün qüvvələrini Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*