Türkiyə ilə Liviya arasında Aralıq dənizində səlahiyyət sahələrinin məhdudlaşdırılması ilə bağlı razılaşma imzalanıb.
KONKRET.az xəbər verir ki, sənəd Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının iclasında qəbul edilib. Bununla da təyin olunan sahədə balıqçılıqdan tutmuş neft və təbii qaz axtarışına qədər bir çox fəaliyyətdə söz haqqı Türkiyə və Liviyada olacaq.
Razılaşma AKP, CHP, MHP və “İYİ Parti” tərəfindən dəstəklənib.