Türkiyədə 37 avtomobilin iştirakı ilə zəncirvari qəzabackend

Türkiyədə 37 avtomobilin iştirakı ilə zəncirvari qəza

Türkiyənin Anadolu magistral yolunun Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.

Hadisə zamanı 22 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*