Türkiyədə seçki günü təhlükəsizliyi 600 min nəfər qoruyacaqbackend

Türkiyədə seçki günü təhlükəsizliyi 600 min nəfər qoruyacaq

Türkiyədə güc strukturlarının 600 mindən çox əməkdaşı mayın 14-də keçiriləcək seçkilərdə təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyi 326 min əməkdaşını və 200 mindən çox jandarmı səsvermə məntəqələrinin mühafizəsinə yönəldəcək.

Bundan əlavə, Sahil Mühafizə Xidməti və digər mühafizə müəssisələri də təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Eyni zamanda seçki bülletenlərinin və protokolların Mərkəzi Seçki Komissiyasına çatdırılması zamanı maksimum təhlükəsizlik tədbirləri görüləcək.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*