Türkiyəli deputat: “Çox qısa zamanda Qarabağdakı PKK terroristləri, ermənilər hamısı yox olacaq”backend

Türkiyəli deputat: "Çox qısa zamanda Qarabağdakı PKK terroristləri, ermənilər hamısı yox olacaq"

“Qarabağda müharibə başlayandan bütün dünya bilirdi ki, ermənilər muzdlu PKK-çılardan istifadə edir. PKK-çılar Ermənistan Ordusunun tərkibində döyüşürlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib. Aşırım Modern.az-a açıqlamasında bildirib ki, ermənilərin döyüşlərdə canlı qüvvə kimi istifadə etdiyi PKK-çıların şəkilləri, televiziya və sosial şəbəkələrdəki canlı yayımları hər kəs tərəfindən izlənilib:

“Ermənilər döyüşmək üçün əsgər tapa bilmir, sivillərə qarşı terrorist PKK-çılardan istifadə edirlər. Son hadisələr zamanı sivil insanlara  atılan raket atəşi nəticəsində 91 günahsız mülki şəxs həyatını itirib. Azərbaycanlıların başına gətirilən bütün müsibətlər dünyanın gözü qarşısında olub. İnşallah, qısa zamanda problemlərin hamısı həll olunacaq, Qarabağdakı PKK terroristləri, ermənilər hamısı yox olacaqlar. Azərbaycan Ordusu çox möhkəmdir, çünki hər bir Azərbaycan əsgərinin ürəyində vətən sevgisi, arxasında güclü siyasi iradə var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*