Türkiyənin Samsun-Sivas dəmir yolunda aparılan yenidənqurma işləri başa çatıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə keçirilən açılış mərasimində çıxış edib.
Samsun-Sivas dəmir yolunda aparılan yenidənqurma işlərinin əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçısı bildirib ki, bu istiqamətdə qatarların hərəkət müddəti 8.5 saatdan 5.45 saata endirilib. Bu polad magistral Türkiyənin Qara dəniz bölgəsi ilə Anadolunun orta hissələri arasındakı daşımalarda sürətləndirməni xeyli artıracaq.