backend

"Türkiyəyə görə bunları görməzdən gələ bilmərik" - Ermənistan Prezidenti

Ermənistan Prezidenti Armen Sarkisyan Türkiyə ilə münasibətlərdən danışıb.

KONKRET.az xəbər verir ki, A.Sarkisyan “Sky News Arabia” telekanalına müsahibəsində məsələ ilə bağlı bunları qeyd edib:

“Praqmatizm və sabitlik o deməkdir ki, qonşularınızla, xüsusən də böyük bir ölkə olan qonşu ilə problem yaşamamalısınız. Mən yenə də düşünürəm ki, danışmaqdan başqa yol yoxdur. Ermənistan və Türkiyə bir dəfə 2009-cu ildə danışıqlar aparmağa cəhd etmişdilər. Hətta oktyabr ayında Sürixdə protokol imzalanmışdı. Mən də o vaxt bir neçə səbəbə görə skeptik əhval-ruhiyyədə idim. Onlardan biri bu idi ki, həmin danışıqlarda Azərbaycan Türkiyənin tərəfində iştirak etmirdi. Ermənistanın Azərbaycanla problemləri var idi və Azərbaycansız Türkiyə ilə razılıq əldə edə bilməzdi. Diaspor da erməni tərəfdə deyildi. Ermənistanın hər hansı prezidenti və ya baş naziri diasporun dəstəyi olmadan necə müqavilə imzalaya bilərdi? Ermənistan kiçik ölkədir, amma erməni xalqı bütün dünyaya yayılıb. ABŞ-da və ya Rusiyada Ermənistandakı qədər erməni yaşayır”.

“Belə olan halda keçdiyiniz tarixi görməzlikdən gələ bilməzsiniz. Məncə, uğur qazanmaq üçün göz yummamalı və ya aşkar olana məhəl qoymamalısınız. Bunlar asan danışıqlar deyil. Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin bunun üçün tarixi reallıqları rədd edə bilmərik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*