ÜDM artımı baxımından tezliklə Çinə çatacaq postsovet ölkələri – Rusiya bunların arasında deyilbackend

ÜDM artımı baxımından tezliklə Çinə çatacaq postsovet ölkələri - Rusiya bunların arasında deyil

Bu gün Çinin qlobal iqtisadiyyatda liderliyi sürpriz deyil. Üstəlik, Çin iqtisadiyyatının göstəriciləri ilə digər ölkələr iqtisadi göstəricilərini müqayisə edirlər və hər dəfə əsəb, ümidsizlik.

Avropa dövlətləri və Yaponiyanın da iqtisadiyyatı ciddi şəkildə yavaşlayıb və çox az böyüyür.

Məlum olduğu kimi, Dünya Bankı qlobal iqtisadiyyatdakı bütün oyunçuları izləyir. Bu institut daha çox Çin iqtisadiyyatı ilə bağlı nikbin danışır. Çünki pandemiya dövründə də Çin iqtisadiyyatını böyütməklə möcüzə göstərir. Düzdür, bəzi rəqəmlər keçən ilə nisbətən bir qədər azalıb.  Belə ki, 2019-cu ildə Çin ÜDM 6,1 faiz böyüyüb. Bu, ABŞ, AB və Yaponiyanın ÜDM-nin ümumi artımından çoxdur. 2020-ci ildə koronavirus ilk olaraq Çini vurdu. Ölkədəki bütün iqtisadiyyat dayandı. Təbii ki, belə bir kataklizmdən sonra ÜDM daha az olacaqdı.Ona görə də Dünya Bankı artımın yalnız 5.9% olacağı proqnozunu verdi. Baxmayaraq ki, bu rəqəmlər yenə də ABŞ, AB və Yaponiya göstəricilərini üstələyir. Ancaq bu ölkələrdə koronavirusa yoluxmalar və xəstələnmələr davam edir.

Təəccüblüdür ki, Rusiyaya münasibətdə hər zaman sərt olan Dünya Bankı bu dəfə ümidverici danışıb. Bank deyir ki, Rusiyanın ÜDM –də artımı 2020-ci ildə ABŞ-dakı ÜDM-dən çox olacaq. Burada isə bir amma ortaya çıxıb. Məlum olub ki, postsovet məkanında ümumi daxili məhsulun həcmini Rusiyadan da, Çindən də daha da çox artıracaq dövlətlər var.

В ближайшее время Армении надо будет больше думать об армии и обороне

Burda bir məqamı qeyd edək ki, biz çox zaman hesab etmişik ki, keçmiş SSRİ-də ən yaxşı yaşayışı olan ölkə Rusiyadır. Ancaq diqqətlə baxsaq, məlum olur ki, son illərdə Rusiyanın ÜDM-si praktik olaraq eyni səviyyədə qalıb, artmayıb. 2020-ci ildə cəmi artım 1.8 faiz olub. Rusiya üçün bu nədir ki? Bu, göstərici  xüsusən də Ermənistanla müqayisədə təhqiramiz dərəcədə kiçikdir. Bu kiçik respublikanın ÜDM-nin həcmi bu il 5,1% artacaq. Rusiyadan üç dəfə çox! Belə çıxır ki, ermənilər iqtisadiyyatlarını yalnız konyak, əncir mürəbbəsi və siqaretlə inkişaf etdirə biləcəklər. Çünki bunlar Ermənistanın ən populyar ixrac məhsullarıdır. Əlbəttə ki, Ermənistan bir çox şey istehsal və ixrac edir. Ancaq çox güman ki, Ermənistanın Dağlıq Qarabağda məğlubiyyətindən sonra respublikanı çətin anlar gözləyir. İqtisadi artımdan danışmağa belə ehtiyac yoxdur.

Ermənistanda neft yoxdur. Amma Türkmənistanda var, özü də lap çox.Türkmənistan bu il ÜDM-nin həcmini 5,2 %  artıracaq və 2022-ci ilə qədər bu rəqəm 5,5% -ə çatacaq.

Ашхабад. Говорят, все это показуха, но даже если это так, то такую показуху могла построить очень богатая страна

Tacikistanda da bu il ÜDM daha da artacaq – 5,5 faiz. Düzdür, bu, hələlik respublikanı Orta Asiyanın ən kasıb ölkəsi adından məhrum etməyəcək. Amma görünən odur ki, taciklər vətəndaş müharibəsinin onları saldığı çuxurdan çıxmağa başlayır. Yəqin ki, artıq Rusiya bu ölkədən böyük miqdarda miqrant axınını görməyəcək. Artıq Tacikistanda yeni iş yerləri açılacaq.

Özbəkistanda isə bu il ÜDM-nin 5,7 faiz artacağ deyilir. Bir il sonra isə ÜDM-də artımın 6 faiz olacağı proqnozlaşdırılır.

Это узбекские автомобили. На фото, кстати, хороши обе модели - и авто, и блондинка

Özbəkistan bu uğura doğru tədricən irəliləyib. Ölkə iqtisadiyyatının həm ənənəvi sahələrini inkişaf etdirib, həm də yeni sahələrini, məsələn avtomobil sənayesini qurub. Artıq bu gün özbək avtomobilləri demək olar ki, bütün Asiya ölkələrinə ixrac olunur. Bunlar Özbəkistan maşınlarıdır. Üstəlik, Çin də Özbəkistanda avtomobillərinin istehsalı üçün bir neçə fabrik qurmaq istəyir. Bu, baş verərsə, özbək avtomobilləri rus avtomobilləri ilə aktiv rəqabətə başlayacaq və bu çox həyəcanverici bir siqnaldır.

Bütün bu proqnozlar Dünya Bankı tərəfindən hazırlanıb. Eyni zamanda, göstəricilərin koronavirus pandemiyası səbəbindən dəyişə biləcəyi də vurğulanır. Ancaq bu vəziyyətdə bir şey aydın oldu: Orta Asiya respublikalarında  genişmiqyaslı karantin tədbirləri tətbiq olunmadı və istehsal dayandırılmadı. Bütün iqtisadiyyatları işləməyə və sürət qazanmağa davam etdi. Beləliklə, bu ilin sonunda Türkmənistan, Tacikistan və Özbəkistanın iqtisadi göstəriciləri Dünya Bankının verdiyi göstəricilərdən daha yüksək ola bilər.

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*