Ukrayna Xersondan reportaj hazırlayan altı xarici jurnalisti akkreditasiyadan məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Detector” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “CNN” və “SkyNews”un jurnalistləri akkreditasiyalarını itiriblər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna təhlükəsizlik səbəbi ilə jurnalistlərə Xersonda işləməyi qadağan edib.
“Cənub” Əməliyyat Komandanlığının sözçüsü Natalya Qumenyuk bildirib ki, İtaliya media orqanından jurnalistlərin akkreditasiyası geri götürülüb.
İqbal Rzayev,
KONKRET.az
