Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 pilotsuz uçuş aparatı Rusiyanın Kaluqa vilayətindəki neft emalı zavoduna hücum edib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya tərəfi yalnız bir dronu vura bilib, qalan 3 dron “Pervı Zavov” neftkimya zavodunun neft emalı avadanlıqlarını zədələyib. Yanğın baş versə də, heç kim xəsarət almayıb.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa isə iddia edib ki, bölgədə 4 pilotsuz uçuş aparatı vurulub. İtki və ya infrastruktur dağıntısının olmadığını vurğulayan qubernator qeyd edib ki, hadisə yerində əməliyyat qrupu işləyir.
Xatirə SADİQ,
KONKRET.az
