Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Berdyansk yaxınlığında məhv edilən düşmən gəmisi 20 tank və 400 paraşütçü daşıya bilirdi.
Rusiya gəmisinin partladılma anları lentə anılıb.
Xatırladaq ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.
Xuraman Etibarlı,
KONKRET.az
