Ukrayna Prezidenti Volodimir Zelenski Knesset üzvləri qarşısında ÇIXIŞ ETDİbackend

Ukrayna Prezidenti Volodimir Zelenski Knesset üzvləri qarşısında ÇIXIŞ ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Knesset üzvləri qarşısında çıxış edib.

KONKRET.az İsrail mediiasına istinadla xəbər verir ki, Knesset tətildə olduğundan və spikerin deputatları İsrail parlamentinin binasında iştirak etməyə məcbur etmək hüququ olmadığından, onlar harada olurlarsa olsunlar, hamısı müraciəti onlayn izləyəcəklər.

Parlament Assambleyasının zalında yalnız spiker Miki Levinin, digər deputatların isə istək və imkan daxilində olması tələb olunur.

Daha əvvəl məlum olub ki, Ərəb Kommunist Partiyasından olan deputatlar, o cümlədən Ayman Ouda və Ofer Kasif Zelenskinin çıxışını boykot edirlər. Eyni zamanda Təl-Əviv və Qüdsdə Ukrayna tərəfdarlarının mitinqləri keçirilir.

Yayımı İsrail Knessetinin texniki xidməti təşkil edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*