Ukrayna Silahlı Qüvvələrinə məxsus hava hədəflərinin Rusiyanın Belqorod şəhərinə və ətraf ərazilərə düşməsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, Belqorod şəhərində iki fərdi təsərrüfata və səhiyyə müəssisələrindən birinə ziyan dəyib. “Binanın dam örtüyü sınıb, 5-ci və 6-cı mərtəbələri zədələnib. Bir minik avtomobili də yararsız vəziyyətə düşüb”.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın 8 raketini məhv etdiyini təsdiqləyib.
Xatirə SADİQ,
KONKRET.az
