Ukrayna XİN başçısı Qərbi ittiham etdibackend

Ukrayna XİN başçısı Qərbi ittiham etdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsi istisna olmaqla, Avropanı digər ölkələrə silah-sursat ixracına qadağa qoymağa çağırıb. 

KONKRET.az xəbər verir ki, nazir Avropanı döyüş sursatlarının üçüncü ölkələrə ixracı ilə bağlı bütün müqavilələri dayandırmağa və sursatları Ukraynaya göndərməyə çağırıb.

O, sursat çatışmazlığında Qərbdən olan müttəfiqləri günahlandırıb:

“Tərəfdaşlarımızla hər görüşdə sursat çatışmazlığından şikayətlənirəm. Onların hamısı bunu bilir və səhvlərə yol verdiklərini etiraf edirlər. Onlar öz istehsallarını artırmaq, uzunmüddətli müqavilələr bağlamaq və yeni istehsal xətlərini işə salmaq qərarına gec gəliblər. Təəssüf ki, biz indi bu səhvlərin əvəzini ödəyirik”.

O, həmçinin qeyd edib ki, silah-sursatların Avropa dövlətləri tərəfindən üçüncü ölkələrdən alınması və Ukraynaya verilməsi üçün hər cür səy göstərilir.

Maraqlıdır ki, Ukrayna bu müharibədə təkcə öz suverenliyini və ərazi bütövlüyünü deyil, həm də Qərb ölkələrini Rusiyanın təcavüzündən qoruyur. Amma Qərbin bəzi ölkələri, xüsusilə də Fransa bu fonda Ukraynaya yardım etmək əvəzinə, heç bir müharibənin getmədiyi Cənubi Qafqaz bölgəsində Ermənistanı sürətlə silahlandırır, ABŞ hərbçiləri ermənilərə hərbi təlimlər keçir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*