Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb.
KONKRET.az xəbər verir ki, o Ukrayna şəhərlərnin atəşə tutulduğunu bildirib.
“Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri hücuma məruz qalır. Bu, aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək”, – deyə ukraynalı nazir “Twitter”də yazıb.
