Ukraynada artıq 1023 yaşayış məntəqəsi azad edilib – Zelenskinin ofisibackend

Ukraynada artıq 1023 yaşayış məntəqəsi azad edilib - Zelenskinin ofisi

Ukraynada 1023 yaşayış məntəqəsi rus qoşunlarından azad edilib. Həmin ərazilərdə minalardan təmizləmə və infrastrukturun bərpası davam edir.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukrayna prezident aparatının rəhbərinin müavini Kiril Timoşenko bildirib.

“Hazırda 1023 yaşayış məntəqəsi işğaldan çıxarılıb”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Sumı vilayətində zədələnmiş infrastruktur qaydaya salınır, Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları Brodı, Axtırka, Klimentovo, Lyudja qəsəbələrində əraziləri təmizləyir.

Timoşenko qeyd edib ki, Jitomir vilayətində Korostenski rayonunun Memeç və Şolomki qəsəbələrində də ərazi partlayıcı obyektlərdən təmizlənir, Malin və Malinski ərazi icmasının Yurovka kəndində zədələnmiş damların bərpası üçün təmir işləri aparılır.

Bundan əlavə, o, qeyd edib ki, kommunal xidmətlər tərəfindən “Ovruç” uşaq-gənclər idman məktəbinin dam örtüyünün bərpası istiqamətində işlər aparılır.

Aparat rəhbərinin müavini məlumat verib ki, Xarkov vilayətinin Çerkasskaya Lozovaya və Kuliniçi kəndlərində 260, Çuqevski rayonunun Malinovka kəndində 500 sakinin elektrik enerjisinin verilişi bərpa edilib.

“Cəbhədəki gərgin vəziyyətə baxmayaraq, mənzil fondunun bərpası üzrə işlər davam edir. Xarkov və bölgənin bələdiyyə xidmətləri istənilən hava şəraitində işləyir. Son sutka ərzində mütəxəssislər Xarkovda 30 dam örtüyünü təmir edib, zədələnmiş uşaq və idman meydançalarını söküblər”, – deyə Timoşenko bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*