Ukraynada bina bombalandı – Ölənlər varbackend

Ukraynada bina bombalandı - Ölənlər var

Rusiya ordusu Ukraynanın Lisiçanska rayonuna hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook”da məlumat yayıb.

Məlumata görə, insanların sığındığı binaya zərbələr endirilib.

“Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini çıxarıb”, – deyə məlumatda bildirilir.

Aviazərbə nəticəsində binanın dağıldığı qeyd edilir. Axtarış-xilasetmə işləri davam etdirilir.

Rayon Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerində işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*