Ukraynada qadınların hərbi qeydiyyatı BAŞLADIbackend

Ukraynada qadınların hərbi qeydiyyatı BAŞLADI

Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib. O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır.

“İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var – tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, – deyə xanım Malyar bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*