“Ukraynanı belə çökdürə bilərdik” – Jirinovskidən problemin “həll yolu”backend

"Ukraynanı belə çökdürə bilərdik" - Jirinovskidən problemin "həll yolu"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xaricdə yaşayan ruslar üçün Rusiya vətəndaşlığı alma prosedurunun sadələşdirilməsini və bununla da “Ukrayna problemi”nin həllini təklif edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Bu proseduru kökündən sadələşdirməyin və sənədləri iki-üç həftədə verməyin vaxtı gəlib çatdı. İsrail dərhal yəhudilərə pasport verir, Almaniya dərhal almanlara sənəd verir. Yalnız bizdə ruslar on ildir hamı ilə bir sırada dururlar” – Jirinovski qeyd edib.

Onun sözlərinə görə, indi milyonlarla rus ölkə xaricində yaşayır, əgər onlar 30 il əvvəl sovet pasportlarını dəyişsəydilər, Rusiya Federasiyasının əhalisi 30 milyon daha çox olardı:

“Bununla Ukrayna problemini çoxdan həll edərdik, çünki oradakı bütün ruslar burada olardılar və Ukraynanın qalan hissəsi onlar olmadan çoxdan çökmüş olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*