Ərdoğan administrasiyası Rusiyadan alınan S-400 sistemlərinin Ukraynaya verilməsi ideyasını qeyri-real adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fahrettin Altun açıqlama verib.
O bildirib ki, Qərb ölkələri Ankaradan Ukraynada S-400 yerləşdirməsini istəməzdən əvvəl ilk növbədə Türkiyəyə F-35 və Patriot sistemlərini tədarük etməlidirlər.
Xuraman Etibarlı,
KONKRET.az
