“Ümid edirik ki, Azərbaycan bu sazişlərə qoşulacaq” – Putinbackend

"Ümid edirik ki, Azərbaycan bu sazişlərə qoşulacaq" – Putin

“Rusiya Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid edir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında deyib.

“Bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Yeni xəttin inşasına elə bu il başlanılacaq”, – Putin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*