“Universitet tələbəsi yük maşını sürər?!” – Nazirlikdən qəza törədən şəxslə bağlı AÇIQLAMAbackend

"Universitet tələbəsi yük maşını sürər?!" - Nazirlikdən qəza törədən şəxslə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün 19 yaşlı Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. M.Əzizovun qardaşı isə onun ikinci kurs tələbəsi olduğunu və qəzanı törədən zaman dərsə tələsdiyini deyib.

KONKRET.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Unikal.org-a açıqlamasında qəzanı törədən şəxsin tələbə olmadığını bildirib:

“Universitet tələbəsi yük maşını sürər?! Bütün bu yazılanları biz şərh etməli deyilik ki?! O, sadəcə sürücü olub. Universitet tələbəsi olmayıb. Böyük yük avtomobili sürən şəxs adətən tələbə olmur axı. Tələbə həmin vaxt dərsdə olar”.

  • Vahid
    Oktyabr 14, 2021 - 11:34

    Salamun aleykum.Bax görürsünüz sayt rəhbərləri və bu məlumatları yalan,bilmədən yazan yazarlar.Hüquq mühafizə orqanları bir yana,siz ağlınıza gələni yazmayın.Bu xalqı heç kimlə üzbəüz qoymayın.Sizə nəsə lazımdırsa ,yəni məlumat DİN-ə müraciət eləyin.Dünən tələbəydi,bu gün sıravi vətəndaş oldu bu oğlan.Olan oldu.5 nəfər həlak olub,yaralı və ağır olan var.Bunlara yanmaq lazımdı.Hamı evinə bir tikə çörək aparmağa çıxmışdı.Baxmayaraq ki sizin və bəzi saytların məlumatını oxuyuruq,amma bilirik ki 99%yalanlar olur.Yəni hər bir məlumatı dəqiq bilib yazın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*