Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” (birinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Komitə sədri Musa Quliyev bildirib ki, 2005-ci ildə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunub: “2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olub. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.
Qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndilməsi proqnozlaşdırılır. Müzakirələrin sonunda “Ünvanlı dövlət Sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

190manat niye veriomir mene
A kişi bu nə deməkdi yanı ünvanlı sosial yardım ala bilmək belə asandır???? Ay yalansa bezi məmurların haram pullar daş olub onların başına deysin.
Çox sağolun neçə gündü dəsiylik edməy istəyiduz ilin azaltmag idi dərduz
Salam Rzayev Tural aileliyem 2 azyaşlı uşaüım var oğlanın 6 yaşdadı qız ise 2 yaşdadı Bakıda kiraye yaşayıram adımızda heçne yoxdu dövletden gelirimiz yoxdu pensiye almırıq xazekaynan kirakeşlernen qaz işıq su opişi çoçiqdi başa düşmedim qaz işıq suyun pulunan ünvanlı sosial yardıma ne ferqi varki kasıbam gelirim yoxdu az yaşlı övlatlar böyüdürem dolana bilmirem xaiş edirem işıqlandırasını ünvanlı sosial yardım almaqa bize kömeklik edesiniz.