Üsyançılar Hələbin şərqindəki Tel Haseldə hökumətin hava hücumundan müdafiə bazasını ələ keçirib.
KONKRET.az xəbər verir ki, bazada “S-125 zenit-raket” kompleksinin ən azı üç buraxılış qurğusu olub. Qeyd edək ki, “S-125” hava hücumundan müdafiə sistemi qısa mənzilli kompleksdir və atəş məsafəsi 3-6 km-dən 12-32 km-ə, hədəf yüksəklik diapazonu isə 200 metrdən 10-20 kilometrə qədərdir.
Vəli Həsənoğlu,
KONKRET.az