UTX qondarma “L/DNR” separatçılarının ŞOK DANIŞIQLARINI ƏLƏ KEÇİRDİ – SƏS YAZISIbackend

UTX qondarma “L/DNR” separatçılarının ŞOK DANIŞIQLARINI ƏLƏ KEÇİRDİ - SƏS YAZISI

Ukrayna Təhlükəsizlik Xidməti qondarma “L/DNR” yaraqlılarının şok danışıqlarını ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Yayılan səsyazmalarda separatçıların və rusların necə təxribatlar təşkil etməsindən, dinc əhaliyə atəş açmalarından bəhs edilir.

Baş verən hadisələrin səhnələşdirildiyi, atəş səslərinin də xüsusi təlimatla separatçıların özləri tərəfindən panika yaratmaq məqsədilə edildiyi də məlum olub.

Səs yazısında qondarma respublikaların yerli əhalisi bunun təxribat olduğunu, qəsdən törədildiyini deyirlər. Onlar təəccüblənirlər ki, Ukrayna Silahlı Qüvvələri bu təxribatlara uymur.

Çeçen lideri Ramzan Kadırovun polkunun sərhəddə cəmləşməsi xəbəri də səsyazmada yer alıb.

Həmin səsyazmaları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*