Vaksin vurduran pensiyaçılara yumurta pulsuz VERİLƏCƏKbackend

Vaksin vurduran pensiyaçılara yumurta pulsuz VERİLƏCƏK

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

KONKRET.az rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*