Valentina Matviyenko: “Qarabağdakı yaraların sağalması üçün vaxt lazımdır”backend

Valentina Matviyenko: "Qarabağdakı yaraların sağalması üçün vaxt lazımdır"

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllində əsas rol oynadı və dərhal sülhməramlıların gətirilməsi barədə qərar verdi. Buna baxmayaraq, münaqişə tərəflərinin özlərinə gəlmələri üçün zamana ehtiyacları var və vəziyyəti “hər hansı bir ehtiyatsız sözlə” partlatmaq olar”.

KONKRET.az xəbər verir ki, bu sətirlər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun “İzvestiya” qəzetinə müsahibəsindən götürülüb. Müsahibədə daha sonra deyilir ki, “Dağlıq Qarabağdakı münaqişənin və onun həlli birbaşa MDB və MDB Parlament Assambleyasının səlahiyyətlərinə aid deyil. Bununla belə, Birliyin üzvləri Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bu qurumun qarşıdakı iclasında müvafiq məsələ qaldırsalar, hər zaman dinləməyə hazır olacağıq”.

Matviyenko daha sonra deyib ki, “Vaxtında lazımi tədbirlər görüldü və qarşıdurmada daha da böyük itkilərin olmaması üçün müharibə alovu söndürüldü.

Üç ölkənin – Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanı misilsiz hesab edirəm. Prezidentimiz burada əsas rol oynadı”.

Eyni zamanda, müəyyən edilmiş atəşkəsi olduqca kövrək hesab edir. Matvienko qeyd edib ki, “indi hər hansı bir diqqətsiz söz yenidən vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Ona görə qiymətləndirmələrdə və açıqlamalara son dərəcə diqqətli olmaq lazımdır.  Yaraların, ilk növbədə insanların ruhlarındakı yaraların sağalması üçün vaxt lazımdır…”

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*