“Varlı və yoxsulların gəlirləri…” – Tokayev iğtişaşların səbəbini AÇIQLADIbackend

"Varlı və yoxsulların gəlirləri..." - Tokayev iğtişaşların səbəbini AÇIQLADI

“Yanvar ayında Qazaxıstanda baş verən iğtişaşların əsas səbəbi varlı və yoxsulların gəlirləri arasındakı qəbuledilməz uçurum olub”.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev biznes nümayəndələri ilə görüşündə deyib.

Tokayev vurğulayıb ki, korrupsiya fonunda gərlirlər arasında bu cür fərq barıt çəlləyinin yanında yandırılan kibrit rolunu oynayıb və terrorçular, yaraqlılar bundan istifadə edib.

Onun sözlərinə görə, baş verən hadisələr illər boyu yığılan problemləri üzə çıxarıb.

“Bizə Qazaxıstan xalqının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”, – deyə Tokayev vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*