Daxili İşlər Nazirliyi Vətən müharibəsi iştirakçısı Cavid Bədəllinin itkin düşməsi ilə bağlı açıqlama verib.
KONKRET.az-ın məlumatına görə DİN-in mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirilib ki, fakt nəzarətə götürülüb:
“Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. Ailəsinin 21 iyulda polisə müraciəti əsasında ərizəsi qəbul olunub və tapılması üçün zəruri tədbirlər görülür”.
***
16:22
Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-a onun atası Rafiq Bədəlov bildirib.
Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib:
“Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.
Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
