“Vəziyyət Paşinyan üçün siyasi intihar həddinə çatıb” – Abramyanbackend

"Vəziyyət Paşinyan üçün siyasi intihar həddinə çatıb" - Abramyan

“Vəziyyət Paşinyan üçün hətta siyasi intihar həddinə çatıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Son dövrlərdə regionda, xüsusən də Ermənistan və Qarabağ ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı davamlı olaraq müxtəlif şayiələr dolaşır. Bunu faktiki olaraq bu hadisələrə cavabdeh olan hakim qüvvənin başçısı da bildirib.

Paşinyanın mətbuat konfransının ən diqqətçəkən hissəsi danışıqlarda yaranmış çıxılmaz vəziyyətlə bağlı olub.

Faktiki olaraq Azərbaycan Praqada əldə olunan razılaşmaları yeni iddialı təkliflər irəli sürməklə ləğv etdi.

Onlar birbaşa olaraq danışıqların Qarabağla inteqrasiya üzrə aparılmasını nəzərdə tuturlar.

İkincisi, Azərbaycan Qarabağda təhlükəsizlik sferasından tutmuş digər məsələlərə qədər hər hansı beynəlxalq zəmanətin yaradılmasını rədd edir, bunu özünün daxili problemi hesab edir.

Üçüncüsü, Azərbaycan Rusiya Federasiyasının və ya digər qurumun, strukturların iştirakı istisna olmaqla, Qarabağla danışıqları ikitərəfli formatda görür.

Dördüncüsü, Azərbaycan “Qərbi Azərbaycan” ideyasını fəal şəkildə təbliğ edir. Onu Ermənistan-Azərbaycan sazişinə daxil etməyə çalışır ki, bu da Ermənistana hücumu qanuniləşdirməyə imkan verir.

Paşinyan Azərbaycanın yeni təkliflərinin qırmızı xətləri keçdiyini deyir. Onu Ermənistanın və ya Qarabağın maraqları narahat etmir, problemi öz dərisini xilas etməkdə görür.

Vəziyyət o həddə çatıb ki, hətta Paşinyan üçün siyasi intihara bərabərdir. O, öz təhlükəsizliyini, gələcəyini düşünməyə başlayıb, çünki daxildəki bu vəziyyət bir gün partlayacaq, çoxunu da özü ilə aparacaq”, – deyə Abramyan  bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*