Vilayət Eyvazov polkovniki belə yola saldı – FOTObackend

Vilayət Eyvazov polkovniki belə yola saldı - FOTO

Daxili işlər naziri Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, əməkdar müəllim Mahir Əhmədovu qəbul edib.

KONKRET.az-ın məlumatına görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini vurğulayıb, qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını M.Əhmədova təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*