Keçmiş KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu yaxınlarda həbs olundu. Bu şəxsin daxil olduğu şəbəkənin Azərbaycan mediasına dövlətin dəstəyinin mənimsədiyi haqda kifayət qədər məlumatlar var idi. Nəhayət ki, Baş Prokurorluq Vüqar Səfərliyə qarşı cinayət işi açdı.
KONKRET.az xəbər verir ki, Vüqar Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
Baş Prokuroluğun rəsmi məlumatında Vuqar Səfərlinin əlbir olduğu şəxslərlə birlikdə dövlət vəsaitinin mənimsənilməsi xüsusi diqqət çəkir. Bu o deməkdir ki, media üzərindən külli miqdarda pul qazanan təkcə Vüqar Səfərli yox, həm də böyük bir şəbəkədir.
Vüqar Səfərlinin KİVDF-yə ayrılan pulları necə leqallaşdırdığı da rəsmi məlumatda əksini tapıb.
Sənədlərin saxtalaşdırılmasından tutmuş tədbirlərin keçirildiyi yerə qədər hər yer pulun “yeyilməsi”nə hesabılanıb. (demokrat.az)