Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu – YENİLƏNİBbackend

Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:31

Xaçmaz sakini göldə boğularaq ölüb.

KONKRET.az-ın məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu rayonun Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*