Xalq artisti Canəli Əkbərov komaya düşdü – YENİLƏNİBbackend

Xalq artisti Canəli Əkbərov komaya düşdü - YENİLƏNİB

“Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb”.

KONKRET.az xəbər verir ki, bunu “report”a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

“Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır”, – o bildirib.

***

14:12


Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

KONKRET.az xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova APA-ya məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur:

“Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*