İranın ali dini lideri Müctəba Xamenei ABŞ-a qarşı regional koalisiya çağırışı edib.
KONKRET.az xəbər verir ki, Fox News-un məlumatına görə, İranın ali dini lideri Müctəba Xamenei Yaxın Şərqdə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq nizamı balanslaşdırmaq məqsədi daşıyan genişmiqyaslı siyasi-ideoloji kampaniyaya start verib.
Məlumata əsasən, bu təşəbbüs “yeni islam sivilizasiyası” ideyası altında region ölkələrinin İranın rəhbərliyi ilə birləşdirilməsini hədəfləyir. Xamenei sosial şəbəkə platformasında yayımladığı müraciətində region xalqlarının “ümumi maraqlarının” qorunmasının və “yeni gələcək nizamının” formalaşdırılmasının vacibliyini vurğulayıb.
O, islam ölkələrini “islam ümmətinin inkişafı” naminə daha sıx əməkdaşlığa çağırıb və ABŞ-ın Qərbi Asiyada hərbi mövcudluğunu davam etdirməsinin artıq etibarlı olmadığını bildirib.
Müşahidəçilərin fikrincə, bu addımlar ABŞ-nin təşviq etdiyi İbrahim razılaşmalarının genişləndirilməsi cəhdlərinə cavab kimi qiymətləndirilir. Bildirilir ki, Tehran xüsusilə Vaşinqtonun İsraillə normallaşma prosesinə cəlb etməyə çalışdığı ölkələri hədəf alır.
Eyni zamanda İranın bu ritorikasının regionda ABŞ hərbi mövcudluğunu “işğal” kimi təqdim etməyə yönəldiyi və məsələnin dini-ideoloji çərçivəyə salınaraq regional dəstəyin səfərbər edilməsinə çalışdığı qeyd olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
