Xaricdə vəfat etmiş görkəmli azərbaycanlıların məzarı gətirilməlidirmi? – MÜZAKİRƏbackend

Xaricdə vəfat etmiş görkəmli azərbaycanlıların məzarı gətirilməlidirmi? - MÜZAKİRƏ

Dünyanın bir çox ölkələrində əslən azərbaycanlı olan mədəniyyət, incəsənət, ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin məzarları yerləşir.

Zaman-zaman həmin məzarlarda uyuyan görkəmli simaların nəşinin Azərbaycana gətirilib dəfn edilməsi təklifləri səsləndirlib.

Eyni zamanda, bu təkliflərin əleyhinə çıxanlar da olub və bildirlib ki, xaricdə ziyarətgah yerinə çevrilən həmin məzarlar elə oralarda qalsa yaxşıdır.

KONKRET.AZ bildirir ki, Tarix elmlər doktoru Nəsiman Yaqublu bu məsələ ətrafında açılan müzakirələrə münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib:

“Elə məzarlar var ki, xaricdə tamamilə diqqətdən kənar qalıb, təmirsizdir. Həmin məzarların Azərbaycana gətirilməsi yaxşı olardı.

Çünki onların görüntüsü ölkəmiz haqqında mənfi fikirlər formalaşdıra bilər. Mən özüm bəzi ölkələrdə elə məzarlar görmüşəm ki, bu məndə utanc hissi yaradıb.

Xarici ölkələrdəki səfirliklərimiz, diaspor nümayəndələrimiz həmin bərpasız məzarlarla ciddi maraqlanmalıdır”.

N.Yaqub deyir ki, elə tanınmış, ziyalı şəxslərin qəbirləri var ki, xaricdə bizi təbliğ edir:

“Bax, həmin məzarları niyə Azərbaycana gətirək ki? Əksinə, onlara diqqət göstərməliyik ki, Azərbaycanı yaxşı mənada təmsil etsin.

Xarici ölkələrdə vəfat edən elə adamlar var ki, son zamanlar ümumiyyətlə bilmirik ki, onların qəbirləri harada yerləşir.

Məhəmməd Kəngərli, Əhməd Qaraca, Abbasqulu Kazımzadə kimi böyük işlər görən şəxslərin məzarının harada olmasını yalnız ailələri bilir. Elə insanların qəbirləri aşkara çıxarılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*