XƏBƏRDARLIQ: Bu xərçəng növləri irsi yolla yayılır…backend

XƏBƏRDARLIQ: Bu xərçəng növləri irsi yolla yayılır...

Xərçəng xəstəliklərinin son illərdə sürətlə artması və yaş həddinin getdikcə aşağı düşməsi bu sahədə risk faktorlarını yenidən gündəmə gətirib. Bəs, irsi faktor xərçəng riskinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklərin yaranmasında irsi faktor mühüm rol oynayır.

Onun sözlərinə görə, ümumilikdə xərçəngin formalaşmasında bir sıra amillər təsirlidir:

“Oturaq həyat tərzi, siqaretdən, alkoqoldan sui-istifadə və qeyri-sağlam qidalanma əsas risk faktorlarıdır. Bununla yanaşı, irsi faktor da xüsusi yer tutur.”

Gənclərdə xərçəng buna görə yaranır - Həkimdən ÇAĞIRIŞ | sfera.az

Həkim-onkoloq qeyd edib ki, irsiyyət təkcə onkoloji xəstəliklərdə deyil, ümumən bir çox xəstəliklərin yaranmasında rol oynayır:

“Xəstəliklərin 90–100 faizə yaxını genetik meyillə əlaqəli ola bilər.

Bu, onkoloji xəstəliklərə də aiddir. Son zamanlar pasiyentlər üzərində apardığımız analizlər göstərir ki, 10 xəstədən 6–7-də irsi faktor mövcuddur. Yəni xəstənin atasında, babasında və ya qardaşında onkoloji xəstəlik müşahidə olunub.”

F.Museyibovun sözlərinə görə, onkoloji xəstəliklərin irsi ötürülməsində müəyyən genlər əsas rol oynayır:

“Xüsusilə, leykozlar irsi yolla daha çox ötürülən xərçəng növləri sırasındadır. Bundan əlavə, süd vəzi xərçəngi də irsi faktorla sıx əlaqəlidir. Statistikaya görə, 10 pasiyentdən 9-da anasında və ya nənəsində süd vəzi xərçəngi olduğu təsdiqlənir.”

Mütəxəssis vurğulayıb ki, irsi meyl olsa belə, digər risk faktorları, həyat tərzi, qidalanma və zərərli vərdişlər də xəstəliyin yaranmasında mühüm rol oynayır. Buna görə də profilaktik müayinələr və sağlam həyat tərzi xərçəng riskinin azaldılmasında əsas şərtlərdən biridir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*