XO-CA-LI: Bəşəriyyətə qarşı CİNAYƏT – Jalə Mütəllimova yazırbackend

XO-CA-LI: Bəşəriyyətə qarşı CİNAYƏT - Jalə Mütəllimova yazır

“Xocalı soyqırımı, mülki əhalinin kütləvi qırğını kimi dünya tarixində dərin iz buraxan Holokost, Xatın, Songmi, Liditsa, Babi Yardakı soyqırımlarının eynisidir” – Moldovanın tanınmış politoloqu, tarixçi alim Vitali Andreyvski.

…Xocalı haqqında cəmi bir dəfə yazmışam. O da Xocalıdan necə çıxıdıqları barədə müfəssəl danışan iki nəfərərin xatirəsi olub.

Yadımdadır, bayırda soyuq olsa da biz isti otaqda söhbət edirdik, amma söhbət üçün qarşımda oturan o iki nəfər titrəyirdi, üşüyüdü, əllərini ovur, arada üzünü ovcuna alır, ayaqlarını bir-birinə sürtürdü. Hərdən biri deyirdi ki, hər dəfə Xocalıya qayıtmaq əzabdır. Bu üzdən, hər dəfə onları eyni dəhşətə qaytarmamaq üçün yazmadım Xocalıdan. Bir də üzümüz qara idi qarşılarında yeni nə yazmaq olardı axı?!

İndi başımız dikdir, üzümüz ağ. Odur ki, bir də səndən yazmağı lazım bildim əziz XOCALI!

…Biz  Seyidağanın, Çingizin çəkdiyi o soyqırım səhnələri görəndə məktəbli idik. Məktəb illərimizin ən dəhşətli xatirəsidir Xocalı…
…Bir də yazının əvvəlində sitatını oxuduğunuz Moldovalı alimin dili  ilə desək, Holokost, Xatın, Songmi, Babi, Yar, Liditsadır Xocalı…
…Heç bir əlavəm yoxdur sadəcə xatırladacğam. O faciələrdə qətl edilənləri də anaq deyə…

Holokost:

On milyondan çox yəhudinin nasist Almaniyası tərəfindən məhv edilməsi.

Xatın:

SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələrin iyirmi iki min polyak zabit və ziyalını məhv etməsi.
Songmi:

ABŞ Silahlı Qüvvələrinin Cənubi Vyetnamda minlərlə veytnamlını qətlə yetirməsi.

Yar:

1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynada törədilən soyqırımı.

Liditsa:

1942-ci ildə Çexiyanın Liditsa kəndinin 15 yaşından böyük bütün kişiləri nasist Almaniyası tərəfindən öldürülüb.

…Və Xocalı:

Bu Azərbaycan rayonunda, erməni silahlı qüvvələri və Rusiyanın 306-cı motoatıcı alayının dəstəyi ilə təşkil olunan əməliyyatda qətl edilənlərin heç biri hərbiçi deyildi, ziyalı, alim deyildi, sıravi, sdə insanlar idi. Hər biri mülki şəxs olmaqla yeddi yüzdən çox uşaq, qadın, qoca məhv edilib. Bir qismi əsir götürülüb. Əsir götürülənlərə xüsusi qəddarlıq törədilib. Onlar dərin su quyularına atılaraq üzərinə ağır qaya parçaları tökülüb. Yaşlı qocaların kürəyinə qaynar somavarlar bağlanıb. Azyaşlılar diri-diri  iri dəmir trubalara doldurularaq çay aşağı axıdılıb. Qadınlar zorlanıb. Hamilə qadının diri-diri qarnı yarılıb. Bir-neçə uşaq anasının gözü qarşısında şaqqalanıb, itlərə atılıb. İnsanların üzərinə günlərlə ac qalan, quduz heyvanlar buraxılıb. Erməni məzarları üzərində onlarla azərbaycanlının başı kəsilib.

Xocalıda qətl edilən və meyitinin götürülməsinə uzun müddət izn verilməyənlərlə davranışa gəlincə…

…Adamların ağzındakı dilşər sökülüb, dili boğazından çıxarılıb. Alın, üz, əl, bəzən ayaq dəriləri soyulub. Bədənlər bəzisində tamamən, bəzisində cinsiyyət orqanları və ya bədənin digər əzaları yandırılıb, kəsilib. Yaşlı adamların gözləri çıxarılıb. Bəzilərinin bədəni şaqalanıb ətrafa səpələnib. Dırnaqları çıxarılıb, burnu, qulağı kəsilib…

…Bu vəhşiliklər sadalanan kütləvi qırğınların heç birində baş verməyib. Hətta nasist almanlar belə bunu etməyib.  Bu xüsusi amansızlıq, xüsusi qəddarlıqdır. Və bu cinayət Azərbaycanda törədilsə də təckə azərbaycanlılara qarşı cinayət deyil.  Xocalı bəşəriyyətə və insanlığa qarşı erməni-rus cinayətidir. Holokost, Xatın, Songmi, Babi, Yar, Liditsanı törədənlər bir ermənidən daha insaflı olublar d demək mümkündür. Bəlkə də ermənilərin faşist babaları Nejdəyə heykəl ucaltmalarının kökündə də elə bu dayanır, nasist sevgisi. Daha dəhşətli, daha “yaradıcı”, daha qəddar olmaq şərti ilə nasistlik.

…İndi bizə Xocalı soyqırımını dünyaya tanıtmaq üçün bu olayın bütün gerçəklərini bilən, ədaləti, insafı və vicdanı olan çoxlu sayda başqa millətlərdən olan mütəxəssislər, ziyalılar lazımdır. Bu sözlərin müəllifi mərhum Azərbaycan Prezidenti Heydər Əliyev idi. İndi Azərbaycanda o tapşırığa əməl edilir. Dünyanın müxtəlif yerlərində bizimlə bir millətdən olmasa da, vicdanı, haqqı, ədaləti bilən tanınmış simalar zərrə-zərrə toplanır, dəvət edilir. Sadəcə həqiqəti görsünlər istəyirik. Ancaq bu prosesimizi son dərəcə sürətləndirməliyik. Hətta bu bir dövlət layihəsi, proqramı olsun deyə təklifdə də bulunmaq olar. Və gerçəkdən Xocalıya ədalət umuruqsa bəzən özümüz də bu hadisələrə kənardan baxmaq kimi zor bir vərdişə adaptə olmalıyıq. Bu cinayət Azərbaycanın bir rayonunda törədilsə bötövlükdə dünyaya, insanlığa qarşı cinayət, erməni millətinin adına ləkədir.

…Və 2020-ci ildə, qırx dörd günlük vətən müharibəsində qazi olan bir Azərbaycanlı xüsusi təyinatlının dediklərindən:
-Biz kəndi ermənilərdən götürdük. Evlərə yoxlamaya başladıq. Partlayıcı qurğular və ya erməni silahlıları olub-olmamasını yoxlayırdıq. Girdiyim evlərdən birində, otağın küncünə gənc erməni qız sığınıb gizlənmişdi. Məni görən kimi öz dilində nəsə dedi. Sonra mənə bir bükülü uzatdı.. Almadım, içində nə olduğunu bilmirdim. Yenə ermənicə nəsə dedi və bağlamanı açdı. İçindəki pul idi. Ona rus dilində anlatdım ki, pulunu da götür dur ayağa. Ağlamağa başladı. Düşünürdü ki, onu öldürəcəyəm. Başa saldım ki, qorxma səni öldürməyəcəm. Yolu göstərirəm, çıx get ailənin yanına. Qıza yolu göstərdim. O gedə-gedə əlindəki pula və tez-tez də çevrilib arxaya, mənə baxırdı. Elə bilirdi onu arxadan vuracağam.  Sonra sürətlə qaçmağa başladı və gözdən itdi. Mən ona güllə atmadım. Ona toxunmadım. O anda bunu edə bilmək gücünü mənə verdiyi üçün Allahıma şükür elədim. Çünki o mənim əzizlərimi, dostlarımı, silah yoldaşlarımı, ailəmi qətl edən millətin qadını idi. Mənsə qadına pislik edə bilməyəcək qədər güclü millətin oğlu…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*