Xorvatiyanın Bosniya və Herseqovina ilə sərhədinə yaxın Novska qəsəbəsində sərnişin qatarı ilə yük qatarı toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Polis qəzanın dünən axşam yerli vaxtla 21:30 radələrində baş verdiyini bildirib.
Hadisə yerinə gələn Xorvatiyanın Baş naziri Andrey Plenkoviç yaralıların sayının daha da arta biləcəyini deyib.
Hadisənin səbəbləri araşdırılır.
İqbal Rzayev,
KONKRET.az
