Xorvatiyada 4,9 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Split şəhərindən 124 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.