Yabanı halda bitən 4 tona yaxın çətənə kolları məhv edildi – FOTObackend

Yabanı halda bitən 4 tona yaxın çətənə kolları məhv edildi - FOTO

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*