Yağış, dolu, külək – Sabahın HAVASIbackend

Yağış, dolu, külək - Sabahın HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

Oktyabrın 2-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*