YAP-çı deputat İcra Hakimiyyətini tənqid etdi: “Küçə təmizləməsi üçün başqa variantlar tapılmalı idi”backend

YAP-çı deputat İcra Hakimiyyətini tənqid etdi: "Küçə təmizləməsi üçün başqa variantlar tapılmalı idi"

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsinə görə müvafiq qurumları tənqid edib. 

KONKRET.az  xəbər verir ki, deputat bu cür halların xoşagəlməz olduğunu bildirib:

“Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsi şəkilləri məndə də narazılıq yaratdı. Bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir. Ancaq ağır hava şəraitində küçə təmizləməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi”. (demokrat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*