Yaponiya hökuməti tərəfindən qəbul edilmiş Rusiyadan qızıl idxalına qoyulan qadağa avqustun 1-dən qüvvəyə minir.
KONKRET.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin press-relizində deyilir:
“Nazirliyin bununla bağlı yenilənmiş məlumatı bu il avqustun 1-dən qüvvəyə minəcək”.
Qərara əsasən, qızılın idxalına qadağa Yaponiya Nazirlər Kabinetinin iyulun 5-də qəbul etdiyi qərar əsasında Rusiya Federasiyası ilə əlaqəli şəxslərin aktivlərinin dondurulması tədbirləri çərçivəsində tətbiq edilir.
İqbal Rzayev,
KONKRET.az
