Rusiya Federasiyasının Prezidenti Vladimir Putin adına Sambo Kuboku Yaponiyada keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Mənbənin bildirdiyinə görə, ilk dəfə döyüş sambosu yarışa daxil ediləcək.
Təşkilatçılar doqquz çəki dərəcəsində yüzlərlə idmançının çıxış edəcəklərini planlaşdırırlar.
Bu yarışın qalibləri Xarlampiyevin xatirəsinə həsr edilən Sambo Dünya Kubokunda iştirak etmək hüququ əldə edə biləcəklər.
Babək Göyüş
KONKRET.az
