Yaponiya Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRİRbackend

Yaponiya Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRİR

Yaponiya hökuməti Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində radioaktiv materialların, peyvəndlərin, tibbi məhsulların və robotların ixracını qadağan edir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir.

Qadağaya həmçinin tibbi cihazlar, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqlar, müxtəlif kimyəvi maddələr, o cümlədən gözyaşardıcı qaz, barmaq izi tozu daxildir.

Bundan əlavə, siyahıya partlayıcı maddələrin aşkarlanması üçün avadanlıqlar, portativ generatorlar, lazer qaynaq aparatları daxil edilib.

Qadağalar fevralın 3-dən qüvvəyə minir.

Qeyd edək ki, Yaponiya sanksiyaları artıq Rusiyada 900-dən çox insana və 50-dən çox təşkilata təsir edir.

Bundan başqa, Yaponiya “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank”, “VEB.RF”, “Sberbank”, “Alfa-Bank”, eləcə də 40-a yaxın digər təşkilat və şirkətlərin aktivlərini dondurub.

Ölkədə həmçinin yarımkeçiricilər, rabitə avadanlığı, proqram təminatı, neft emalı avadanlığı, yük maşınları və dəzgahlar da daxil olmaqla 500-ə yaxın ixracı qadağan olunmuş mal və texnologiyaların siyahısı təsdiq edilib. Yaponiya həmçinin xlor, metanol, aseton, etilen və natrium hipoxlorit də daxil olmaqla bəzi kimyəvi maddələrin Rusiyaya ixracını qadağan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*